Kalibrasiya

Bizim müasir Kalibrasiya Mərkəzində biz tam akkreditasiya edilmiş və Azərbaycan Standartlar Komitəsinin lisenziyasını almış ISO 17025 sertifikatlı Kalibrasiya Laboratoriyasının stabil fəaliyyətini təklif edirik.

Bizim kalibrasiya laboratoriyamız “FLUKE”, “HP” və “Agilent Technologies” kimi şirkətlər də daxil olmaqla, lakin onlarla məhdudlaşmadan, dünyanın aparıcı istehsalçılarından alınmış müasir sınaq avadanlığından istifadə edir. Qurğular tam avtomatlaşdırılmışdır və IEEE 448 şin üzərindən işləyən “Fluke Met Cal” proqram təminatı ilə idarə edilir.

Biz aşağıdakılar da daxil olmaqla geniş çeşiddə avadanlıq üçün kalibrasiya xidmətləri göstəririk:

  • RF rabitə və RF spektr analizatoru
  • RF gərginlik ölçən
  • Optik lifli sınaq alətləri, o cümlədən optik gərginlik ölçən cihazlar və OTDR
  • Optik spektr analizatoru
  • PDH rəqəmsal ötürücü
  • Alçaq sürətli və yüksək sürətli sinxron və asinxron rabitə avadanlığı
  • Səsin təzyiq ölçmə cihazı
  • Termometrlər
  • Rütubət və küləyin sürətini ölçmə cihazları və datçikləri
  • Standart və mürəkkəb elektrik multimetrləri
  • Ampermetrlər və tezlik ölçmə cihazları

Bizim kalibrasiya laboratoriyamız 10 Mhz etalon tezliyi paylaşdıran mürəkkəb GPS-lə işləyən həddindən artıq stabil sinxronlaşdırma mənbəyi ilə təchiz edilmişdir və tezliklə işləyən avadanlıqlar üçün ən yüksək dəqiqliyi təmin edir. Bizim mühəndislərimiz “Fluke” təlimi keçmişlər və “Fluke” Kalibrasiya proqram təminatından istifadə edərək kalibrasiya aparmaq səlahiyyəti almışlar.

Bizim kalibrasiya xidmətlərimizi seçsəniz, aşağıdakılardan yararlana bilərsiniz:

  • Yerli Kalibrasiya Laboratoriyamızda aparılan xidmət
  • ISO 17025 sertifikatı (Kalibrasiya Laboratoriyası)
  • Azərbaycan AZTEST Orqanları tərəfindən akkreditasiya
  • FLUKE MET/CAL kalibrasiya prosesi
  • Kalibrasiya xidmətlərinə 1-illik zəmanət

Suallarınız var?

Bizimlə əlaqə