HƏVƏSLƏ ÇALIŞANLAR
MÜKƏMMƏLLİYƏ ÇALIŞANLAR
Telekommunikasiya, ölçü cihazları, prosesin avtomatlaşdırılması və informasiya texnologiyaları sahəsində qlobal tərəqqi bir çoxlarının gözləntilərini ötüb keçmişdir və biz, “Sigma Technical Services” olaraq bu tərəqqiyə verdiyimiz töhfəmizlə qürur duyuruq.
2008-ci ildə təsis edilmiş “Sigma Technical Services” özəl şirkət olub, onun əsasını istedadlı və həvəslə çalışan komanda təşkil edir. Biz dəyərli müştərilərimizə mümkün olan ən yaxşı nəticələri təmin etmək məqsədilə işə sadiqlik, dayanıqlıq və ruh yüksəkliyi təcəssüm etdirən mədəniyyəti qürurla dəstəkləyir və təşviq edirik.