Haqqımızda

“Sigma Technical Services” Azərbaycan şirkəti olmaqdan qürur duyur, onun Azərbaycan və Gürcüstan nümayəndəliklərində əməkdaşların nəzərəçarpacaq hissəsini yerli vətəndaşlar təşkil edir. Şirkət Telekommunikasiya Sistemlərinin İnteqrasiyası (TSİ), ölçü cihazları və proseslərin avtomatlaşdırılması sahəsində ixtisaslaşmışdır. Biz Neft və Qaz, Tikinti, Neft emalı, Bankçılıq sektoru və bir çox digər sənayelərdə sifariş edilmiş tam açar təslim layihələri üçün hərtərəfli mühəndislik, satınalma, tikinti və rəhbərlik xidmətlərini təklif edirik.

Bizim peşəkar fəaliyyətimizin əsasını sağlam biznes etikası təşkil edir ki, bu etika bizim bütün maraqlı tərəflərlə iş münasibətlərimizi idarə edir. Biz müştəri yönümlü yanaşma üsulundan istifadə edərək, əsas diqqəti keyfiyyətə, peşəkar mükəmməlliyə və yüksək səviyyəli düzgünlüyə, tamlığa və ədalətə yönəldirik. Bu fundamental dəyərlər “Sigma Technical Services” şirkətinin strategiyasını və fəaliyyətlərini dəstəkləyir.

Biz şirkətimizə davamlı böyümə və inkişafı təmin edən yeni perspektivləri gətirən və 99%-i Azərbaycanlı işçilərdən ibarət olan müxtəlif-mədəniyyətli kollektivimizlə qürur duyuruq.

Təcrübə

Tarixçə

Şirkətimizdə biz Telekommunikasiya, ölçü cihazları və prosesin avtomatlaşdırılması xidmətləri üçün avadanlıq təchizi sahəsində olan geniş təcrübə və səriştəmizdən qürur duyuruq. Neft və qaz şirkətlərinə, Neft emalı zavodlarına, Bankçılıq və digər sənaye müəssisələrinə birbaşa texniki qulluq, layihənin tətbiqi və təchizat xidmətlərinin göstərilməsi sahəsində 15 ildən artıq təcrübəmizlə biz İT, Ölçü cihazları, prosesin avtomatlaşdırılması və Telekommunikasiya texnologiyalarının tərəqqisində ön sırada qalmaq üçün davamlı olaraq şirkətdaxili imkanlarımızı inkişaf etdirmişik.

Biz qəti şəkildə inanırıq ki, sübut edilmiş proseslərimizdən, imkanlarımızdan və bu sahədə təcrübəmizdən səmərə ilə istifadə etməklə hər hansı müştəriyə göstərdiyimiz Telekommunikasiya, Ölçü cihazları, Prosesin avtomatlaşdırılması, İnfrastruktura texniki qulluq, Dəstək, Təlim və Mühəndislik xidmətlərinə nəzərəçarpacaq dəyər əlavə edə bilərik. Mövcud və potensial müştərilərlə yaxından əməkdaşlıq etməklə, keçmiş və cari layihə təcrübəmizi daha da artırmaq, onlardan əldə edilmiş təcrübəmizdən öyrənərək digərlərinin üzləşə biləcəyi uzun müddətli öyrənmə qrafikinə rast gəlmədən irəliləmək məqsədi güdürük.

Şirkətimizin səfirləri kimi biz bütün işlərimizdə peşəkarlıq göstəririk. Biz məqsədlərimizə çatmaq üçün hər hansı tədbiri görməzdən əvvəl kritiki düşüncə və məşvərətçi müzakirələr aparır və gördüyümüz tədbirlər üçün hər zaman cavabdehlik daşıyırıq.

Dəyərlərimiz

Missiyamız

Missiyamız müştərilərimizə həyatın dəyərini artıran və iqtisadi inkişafı təbliğ edən müasir kommunikasiya texnologiyası xidmətləri təchiz etməkdir.

BİZ

Mükəmməl xidmət, səmimiyyət və ictimai işlərdə iştirakımızla qürur duyuruq

Hər bir müştərinin ehtiyaclarını diqqətlə müəyyən etməklə və mövcud olan ən yaxşı həlli təqdim etməklə müştərilərimiz üçün ən çevik həllər təqdim etmək öhdəliyini üzərimizə götürmüşük.

Arzularımız

Siyasətimiz

Bizim öhdəliklərimiz aşağıdakılardır:

  • Müştərilərimizin ehtiyaclarına və şikayətlərinə qulaq asmaq, anlamaq və cavab vermək
  • Ən yaxşı mümkün həllər və məsləhətlərlə biznesləri dəstəkləmək
  • Cavabdehlik, sadiqlik, ədalət və səmimiyyət vasitəsilə etibar qazanmaq
  • Aydın, açıq şəkildə və vaxtında məlumatlandırma

Təşkilatımızın artan inkişafını və müvəffəqiyyətini qoruyub saxlamaq niyyətimiz dəyərli müştərilərimizə davamlı olaraq müstəsna telekommunikasiya xidmətlərini göstərməyimizə imkan verir.

Tərəfdaşlarımız

Məmnun Müştərilərimiz